infohilalfarm@gmail.com

Korporativ

Bizim haqqda

Hilal Agro MMC şirkəti 2011-ci ildə Azərbaycanda yaradılıb.

Əsas fəaliyyətimiz mal-qara və qoyunların bəslənməsi və kəsimidən ibarətdir.

Heyvan bəslənməsi üçün qapalı əraziləri 1500 baş mal-qara tutumuna malikdir. Davam edən yenidənqurma işləri yekunlaşandan sonra, bu rəqəm 4000 başa çatdırılacaq.

Qidalanma və kəsim əsnasında heç bir əlavə böyümə hormonundan, steroidlərdən və ya antibiotiklərdən istifadə olunmur. Heyvanlar təbii məhsullarla qidalanır. Halal ət kəsimi prosesi həyata keçirilir.

Heyvanların sağlamlığına bizim baytarımız və Azərbaycanın Baytarlıq İdarəsi tərəfindən nəzarət edilir və lazımi vaksinasiyalar aparılır.

Quzular bizim baytarlıq nəzarəti altında Azərbaycan yaylalarında otarılır.

İri buynuzlu heyvanlar – Simmental, Holşteyn, Şarole, Limuzin və Qara Anqus cinslərindəndir.

Quzular Azərbaycanın Karaman, Qarabağ və digər yerli cinslərdəndir.